Ramil Şeydayev: "Zenit"də qalsaydım, peşman olacaqdım" MÜSAHİBƏ

11:38 - 15 Fevral 2017

Azərbaycan millisinin hücumçusu, "Trabzonspor"dan "Jilina"ya icarəyə verilən Ramil Şeydayev Rusiyanın sportsdaily.ru saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

-    “Jilina”ya keçidiniz necə baş verdi?
-    Slovakiyadan təklif gəldi və mən də qəbul etdim. “Jilina” hazırda turnir cədvəlinə başçılıq edir. Ümid edirəm ki, komanda Çempionlar Liqasına düşə biləcək. “Trabzonspor”dakı komanda yoldaşlarım olan Bero və Yan Duritsa “Jilina”ya keçməyi məsləhət bildilər. Baş məşqçi ilə də söhbətim oldu. O, mənə inandığını bildirib. “Jilina” çempionatda ən çox qol vuran komandadır. Məncə, adaptasiya asan olacaq.

 

-    “Jilina”da hansısa futbolçunu daha əvvəl tanıyırdız?

-    Xeyr, amma indi yavaş-yavaş tanışı oluruq. İngilis dilindən az-çox bilirəm. Digərləri ilə də rusca danışıram. Ünsiyyətdə problem yaşanmır. Həftəsonu çempionat start götürəcək. Fiziki cəhətdən hazır olmağa çalışıram. Ümid edirəm ki, hazır olacam.

 

-    “Jilina”da neçə nömrəli formada çıxış edəcəksən?

-    90.

 

-    Harda qalırsız?

-    Hazırda mehmanxanada yaşayıram. Tezliklə kirayə ev götürəcəm. Burada hər şey yaxşıdı.


-    Jilinadakı hava Trabzondakından fərqlidi?
-    Deməzdim.  Türkiyədə qış bir o qədər də isti olmur. Fevralın ortalarında bir az isti oldu. İqlim şəraitinə tüz uyğunlaşıram. 

 

-    “Trabzonspor”dan necə ayrıldız?

-    Normal. Mənim “Trabzonspor”la uzunmüddətli müqaviləm var. “Jilina”da 1,5 illik icarə əsasında çıxış edəcəm. Klubum mənə uğurlar arzuladı və Slovakiyaya göndərdi. Hər şey qaydasındadır.


-    6 ay ərzində cəmi 3 oyun oynadız. “Trabzonspor”dakı çıxışını necə dəyərləndirirsən?
-    Bunu söyləmək mənə çətindir. Bu, futboldur. Nəsə alınmadı məndə, icarəyə göndərildim ki, oyun praktikası əldə edim. Gərək, ruhdan düşməyim, çox çalışım. Hər şey özümdən asılıdır.


-    Siz gənc yaşınızda Türkiyənin nəhəng klubuna keçdiz. Oynamamağınızın əsas səbəbi bu deyildi?
-    Bu sualı “Trabzonspor”un baş məşqçisi Ərsun Yanala versəz, daha yaxşı olar. Mən orada oynamağa tam hazır idim. Amma oynamadım. Niyə? Bilmirəm.


-    Türkiyə Super Liqasının özəlliyi nədir?
-    Yaxşı və güclü çempionatdır.  Gözlədiyim kimi idi: möhtəşəm zarkeşlər,  əla stadionlar. “Trabzonspor”da yaxşı kollektiv var. Hamıyla münasibətim yaxşıdır.

 

-    “Zenit”in sabiq, “Trabzonspor”un əfsanəvi futbolçusu Fatih Tekke ilə görüşmüsən?

-    Xeyr, qismət olmadı.


-    Türkiyədəki siyasi hadisələr ayrılmağınızda rol oynadı?
-    Xeyr, Trabzon şəhərində hər şey qaydasındadır.

 

-    Rusiyadakı həyat tərzi Türkiyədən fərqlidi?

-    Bəli, bu, belədir. Bu, həyatdı. Öyrəşirsən.


-    “Trabzonspor” böyük klubdu?
-    Bəli, böyükdür. Orada hər şey mənim üçün qaydasında idi, yalnız oynamamağımdan başqa. Yerli azarkeşlərlə səmimi münasibətim var idi. Trabzonda futbolçu çox sevirlər. Azarkeşlər bütün futbolçuları tanıyır və dəstəkləyirlər.

 

-    Azərbaycan millisində “Trabzonspor”dan daha çox oyun keçirmisən. Yığmaya dəvət sənin üçün bir təsəlli ola bilər?

-    Belə deyim: Mən şadam ki, Azərbaycan millisinə dəvət alıram. Bundan çox məmnunam. Hiss edirəm ki, onlar mənimlə maraqlanırlar. Məndən yaxşı oyun və qollar gözləyirlər. Yığma komandaya tez uyğunlaşdım. Debüt oyunumda daha çox fayda verməyə çalışdım.


-    “Zenit”in oyunlarını izləyirsən?
-    Əlbəttə, baxıram. Sabiq komanda yoldaşlarımla ünsiyyət də qururam.

 

-    “Zenit” Avropa Liqasının 1/16 final mərhələsində “Anderlext”lə üz-üzə gələcək. Şansları necə dəyərləndirirsən?

-    “Zenit” daha güclüdür və mərhələni keçəcək.


-    “Zenit”i tərk etdin və vətəndaşlığına da dəyişdin. Peşman deyilsən?
-    Xeyr, peşman deyiləm. Qalsaydım, peşman olacaqdım, amma.

 

-    “Zenit”də oynamaq şansınız yox idi?

-    Niyə? Şans həmişə var. Başqa ölkədə, çempionatda özümü sınamaq istədim.

 

-    Buna aydınlıq gətirin, “Zenit” sizə müqavilə təklif etmişdi?

-    Bəli, amma mən artıq seçimimi etmişdim.


-    Gələcək hədəflərin nədir?
-    “Jilina”da özümü ən yaxşı tərəfdən göstərmək və möhkəmlənmək. Əsas heyətdə möhkəmlənmək və Çempionlar Liqasında uğurlu çıxış. Azərbaycan milli ilə böyük uğurlar qazanmağa ümidliyəm. DÇ-2018-in seçmə mərhələsində qrupda 3-cüyük. Rusiyada keçiriləcək mundialda iştirak etmək üçün yaxşı şanslarımız var. Bu, asan deyil. Bacarsaq, hamımız üçün böyük hadisə olar.

Xəbər xətti