"Trabzonspor" rəhbərliyi mövsümün sonunda heyətdə böyük dəyişiklik etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi heyətdəki futbolçuların sayını azaltmaq istəyir. Bir çox futbolçu ilə yolları ayıran və icarəyə göndərən "bordo-mavililər"in 52 futbolçu ilə müqaviləsi var.
Bu nöqtədə sıxıntı yaşayan klub bu rəqəmi 25-ə endirmək istəyir. "Trabzonspor" UEFA-nın maliyyə "fair-play" meyarlarını yerinə yetirmək üçün bunu etmək məcburiyyətindədir.
Bundan əlavə, Super Liqa klubu büdcəni aşmamaq üçün mövsümün sonunda yüksək maaş alan bəzi oyunçularla da yollarını ayıracaq. Komanda yayda 4-5 transfer planlaşıdırıb.
Qeyd edək ki, millimizin futbolçusu Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsudur. 20 yaşlı hücumçu qış transfer pəncərəsində Slovakiyanın "Jilina" klubuna 1,5 illik icarəyə verilib. "Jilina" Şeydayevin müqaviləsindəki bəndə uyğun olaraq onu 3 milyon avroya birdəfəlik almaq hüququna sahibdir.
saytlarin hazirlanmasi