“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya bu gün “qartallar”ın sıralarına qoşulub. 22 yaşlı futbolçu mövsümün sonuna qədər komandanın formasını geyəcək.
Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib.
Giorgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.
saytlarin hazirlanmasi