Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq. Turun vaib oyunu Qəbələ keçiriləcək. Burada çempionluğa iddialı 2 komanda üz-üzə gələcək. Meydan sahibləri 3 xal qazanacaqları halda, "Qarabağ"la xalları bərabərləşdirərək şəxsi oyunlardakı üstünlük sayəsində lider olacaqlar. Ağdam klubu isə çətin səfərdən 3 xalla dönsə, çempionluq yolunda mühüm addım atmış olacaq.
"Sumqayıt" isə öz meydanında çempionatın autsayderi AZAL-ı qəbul edəcək.
15:00 “Sumqayıt” – AZAL 1:0
Qol: Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”
17:30 “Qəbələ” – “Qarabağ” 2:0
Qollar: Sergey Zenyov, 31, Filip Ozobiç, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu