"Qəbələ" - "Qarabağ" matçını neçə azarkeş izlədi?

10:40 - 20 Fevral 2017

Azərbaycan Premyer Liqasının 19-cu turu üçün azarkeş sayı bəlli olub.
 
Soprtal.az xəbər verir ki, turun rekordu Qəbələdə qeydə alınıb. Qəbələ şəhər stadionunda baş tutmuş “Qəbələ” - “Qarabağ” qarşılaşmasına (2:0) “qırmızı-qaralar”ın əvvəlki ev oyunlarıyla müqayisədə daha çox sayda azarkeş gəlib (4500 tamaşaçı). Bu, turda ən yüksək nəticədir.
 
Ən az azarkeş isə "İnter Arena"da qeydə alınıb. “İnter” - "Zirə" qarşılaşmasını (1:1) cəmi 300 azarkeş izləyib.
 
Turun digər oyunlarından 8-ci km stadionunda keçirilmiş “Neftçi” - “Kəpəz” matçında (0:0) 2500, Sumqayıtda baş tutmuş “Sumqayıt” - AZAL qarşılaşmasında (1:0) isə 1500 azarkeş qeydə alınıb.
 
Ümumilikdə, turun 4 oyununu 8800 azarkeş izləyib ki, bu da, orta hesabla hər oyuna 2200 tamaşaçı deməkdi.

Xəbər xətti