"Sumqayıt"ın və milli komandamızın hücumçusu Amil Yunanov Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" hazırda 4-cü pillədədir və Avroliqaya vəsiqə qazanmaq əlçatmaz deyil. Şanslarınızı necə dəyərləndirirsiz?
- Hazırda 4-cü pillədəyik. Vəziyyətimiz yaxşıdır və şansımız var. Çalışırıq ki, mövqeyimizi qoruyaq. İstəyirik ki, avrokuboklara vəsiqə qazanaq. Bunu bacarsaq, “Sumqayıt”ın tarixində ilk olacaq. İnşallah istəyimizə çatarıq.
- Bu mövsüm məhsuldarlğın daha azdır. Bunun səbəbini necə izah edərdin?
- Həqiqətən də məhsuldarlığım azdır. Özüm də gözləmirdim. İnsan səhvi ilk olaraq özündə axtarmalıdır. Birinci dövrədə oynamaq şansı az qazandım. Qış fasiləsindən sonra isə 2 oyunda start heyətdə oldum və həmin matçlarrda komandamız məğlub olmadı. Əsas olanlardan biri də, məhz budur. Yəni, komandanın uğur qazanması. Komandanın qələbəsi üçün əlimdən gələni edirəm. Şans qazandıqca da qollar vurmağa çalışacam. Hücumçuyam və vəzifəm qol vurmaqdır.
- Mövsümün əvvəlində çempionatın zəif keçəcəyini bildirirdilər. Səncə, deyilənlər nə dərəcədə doğrudur? Çempionatın səviyyəsi necədir?
- Çempionat zəif keçmir. Amma komanda sayı daha çox olsaydı, yaxşı olardı. Belə də, mübarizə daha maraqlı keçərdi.
- Mövsümün sonunda bəzi azərbaycanlı futbolçuları ölkə xaricinə legioner həyatı yaşamağa yollayacaqlar. Sənə belə təklif gəlsə, razı olarsan?
- Əlbəttə, legioner həyatı yaşamağı çox istəyirəm. Bu, ən böyük arzularımdan biridir. Hazırda “Sumqayıt”la müqaviləm var. Mənə belə təklif gəlsə, klubum razı olsa, razı olaram.
- Növbəti turda "Zirə" ilə vacib oyun var. 4-cü pillə uğrunda yarışan komandaların dueli haqda fikirlərini bildirərdin.
- Çox vacib oyunlardan biridir. Biz bu oyunda qalib gəlsək, xal fərqini artıracağıq. Səfərdə biizm üçün asan olmayacaq. “Zirə” də güclü komandadır. Amma əlimizdən gələni edəcəyik ki, qalib gələk və mövqeyimizi qoruyaq.