Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.
Ötən cədvəldə 452-ci pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov mövqeyini dəyişməyib. Təcrübəli mütəxəssisn aktivində 1361 xal var.
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 7 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 625-cidir.
Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16670 xal var. 2-ci yerdə 15100 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə 137752 xalla 3-cüdür. “Mançester Siti”nin "sükanı arxası"nda olan Pep Qvardiola isə 11191 xalla 4-cüdür.