"Sumqayıt"ın məşqçisi: "Fərhad Vəliyevdə liderlik xüsusiyyətləri yüksək səviyyədədir" MÜSAHİBƏ

13:22 - 22 Fevral 2017

“Sumqayıt”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin Sportal.az saytına müsahibəsi:

 

- Qapıçıların A kateqoriyası üzrə kursları necə keçir?
- Sonuncu mərhələdə UEFA-dan nümayəndə gəlmişdi. Həmin nümayəndə  Slovakiya millisinin sabiq qolkiperi Aleksander Vensel olub. Son 3 gündə ardıcıllıqlar, fiziki hazırlıq üzrə məşqlər keçdik. AFFA-dan olan nümayəndə heyyəti Ramiz, Cahagir, Faiq müəllimlə maraqlı 2 gün alındı. Deyerdim ki, bu kurslar baş məşqçilərin oxuduğu PRO kateqoriyaya bərabərdir. Martda yenidən bir araya gələcəyik. Ev tapşırıqları verilib və hazırda onlar üzəində çalışırq. Mən deyərdim ki, Azərbaycanda olan qapıçı məşqçiləri üçün səmərəli kurslardı.

 

- İmtahanın nəticələri nə zaman məlum olacaq? A kateoqriyası nə vaxt veriləcək?
- Bu kateqoriyanı qazanmaq lazımdır. Kurslar 14 ay müddətində nəzərdə tutulub. Bu zaman çərçivəsində qapıçılar üzrə maarifləndirmənin rəhbəri Ramiz müəllimə kömək edən Faiq Əzizov və Cahangir Həsənzadəylə çox maraqlı müzakirələr keçir. Hansi ki, müasir futbolda qapıçılardan tələb olunan yeniliklərlə tanış oluruq.

 

- "Sumqayıt"da bir çox qapıçıların istedadı üzə çıxır və karyeraları üçün qapı açılır. Onu da bildirək ki, Fərhad Vəliyev "Neftçi" ilə oyunda möhtəşəm qurtarışlarla cavanlığını yaşadı. Onun çıxışından razı qalırsız? 
- Fərhad təcrübəli qapıçıdı. Onda liderlik xüsusiyyətləri yüksək səviyyədədir. Qış fasiləsindən sonra daha stabil çıxış edir. Özü də yeniliyə və inkişaf etməyə açıq insandı. Bu, məni məşqçi kimi sevindirir. Ümid edirəm ki, uğurlu çıxışını sona qədər davam etdirəcək və komandaya xeyir verəcək. 

 

- Fərhad Vəliyevin gəlişi gənc qolkiper Tərlan Əhmədlinin yolunu bağladı? 
- Mən bununla razılaşmıram. Onun özündən də çox şey asılıdı. Tərlan gəncdir və mübarizə aparıb öz yolunu aça bilər. “Sumqayıt”da hər şey peşəkar səviyyədə qurulub. Gənc oyunçular psixoloji baryerləri aşıb, peşəkarlığa qədəm qoymağı bacarmalıdırlar. Bir çox qapıçılar olub ki, gənc yaşlarında inamlı oyunla yadda qalıblar və gələcək vəd ediblər. Lakin zaman keçdikcə onların karyerası elə də uğurlu alınmayıb. Bunun səbəbi də psixologiyadır. Tərlana həmişə deyirəm ki, psixoloji cəhədən hazır olsun. Əgər o, bu baryeri aşsa, inanıram ki, güclü qapıçı olacaq.

 

- Klublarımızında əcnəbi qapıçılara da rast gəlinir. Bəzi ölkələrdə isə əcnəbi qapıçılara limit qoyulur. Yəni, “çərçivədə” mütləq yerli qapıçı dayanmalıdı. Bizdə də eyni qaydanı tətbiq etmək nə qədər doğru olar?
- Mən deməzdim ki, bizdə qapıçı yetişmir. Sadəcə, onlara şans vermək lazımdı. Premyer Liqada da klubların sayı azdı. Belə olan halda, gənc qapıçılar kölgədə qalırlar. "Qarabağ" və "Qəbələ" avrokuboklarda mübarizə apardıqları üçün daha səviyyəli qapıçıya ehtiyac duyur. Çempionatda komandların sayı artsa, onda qapıçı limiti tətbiq etmək olar. Bu şərait yaransa, gənc qapıçılara da şans yaranar.                        

 

- "Sumqayıt" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.  Komandanızın Avroliqaya vəsiqə qazanmaq şanslarını necə dəyərləndirirsiz?
- Əgər 4-cü pilləyə yüksəlmisiksə, onu qoruyub saxlamaq üçün çalışmalıyıq. Bu pillədə olmağımız da klub rəhbərliyi və başda Samir Abasovla yanaşı məşqçilər korpusunun əziyyətidir. Bir sözlə, gördüyümüz işin bəhrəsədir. Heyət baxımından kasadıq. Özünüz də görürsüz ki, heyətimizdə çox gənc futbolçular var. Samir Abasov gənclərin istedadlarını üzə çıxara bilir. Xəyal Nəcəfov, Nicat Muxtarov və Yusif Nəbiyev kimi gənclər əsas heyət üzvünə çevriliblər. Bu uşaqlarda inkişaf hiss olunur. Hər şeyin yaxşısına ümid etmək yaxşıdır. Bizim işimiz məşqçi kimi çalışmaqdır. Amma çalışacağıq ki şansdan maksimum istifadə edək. Bu, zamanın işidir. Çalışırıq ki, "Sumqayıt" azarkeşləri üçün əlimizdən gələnin ən yaxşısını edək.

Xəbər xətti