I Divizionda mübarizə aparan "Zaqatala" klubunun Müşahidə Şurasının prezidenti Musa Qurbanov Sportal.az saytına müsahibə verib
- Qış fasiləsindən sonra üç oyunun ikisində "Zaqatala" uduzub. Ardıcıl məğlubiyyətlərə səbəb nədir?
- Deməzdim ki, həmin 2 oyunda məğlubiyyətə layiq idik. “Şəmkir”lə səfərdəki oyunda stadionun ot örtüyü bərbad idi. Futbol adına meydanda heç nə yox idi. Hər iki tərəf topu qabağa vurmaqla məşğul idi. “Turan Tovuz”la görüşün 2-ci hissəsində rəqib 1 dəfə mərkəz xətti keçdi ki, onu da qolla tamamladı.
- Müsahibələrizin birində komandanın qarşısına çempionluq məqsədi qoyulduğunu söyləmişdiz. Hazırda şansları necə qiymətləndirirsiz?
- Çalışacağıq ki, Premyer Liqaya vəsiqə verən yerlərdən birini tutaq.
- “Zaqalata”da baş məşqçi dəyişikliyi ediləcəyi haqda xəbərlər dolaşır...
- Belə xəbərlər həqiqətə uyğun deyil. Fikirləşirəm ki, tədbir görülməlidir. Qış fasiləsindən xallar itirmişik. Komandayla toplantı keçirəcəyik. Futbolçularla söhbətimiz olacaq.
- I Divizionda çempionluq uğrun qızğın mübarizə gedir. Sizcə hansı komanda çempionluq uğrunda mübarizədə favoritdir?
- Ən azı 5-6 komanda sona qədər mübarizə aparacaq.
- Mübarizə baxımından I Divizionun Premyer Liqadan gərgin keçdiyini söyləmək olar?
- Premyer Liqada çempionluğa 2 komanda oynayır. Digər klublar isə təxminən eyni səviyyədədir. Bu baxımdan fərq çox deyil. Düzdü, I Divizionda çempionluq uğrunda daha çox komanda mübarizə aparır. Amma səviyyə baxımından Premyer Liqa klubları yüksəkdədir.
- Növbəti oyun Qusarda “Şahdağ”a qarşı olacaq. Yenə bərbad stadionda oynamalı olacaqsız...
- Bəli, orda da stadion bərbadır. Bizə çətin olacaq.