Samir Abasov: "Başqa klublarda illərlə əvəzedicidə "çürüyənlər" var" MÜSAHİBƏ

00:03 - 25 Fevral 2017

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Sportal.az saytına müsahibə verib.

 

-    “Sumqayıt” son 7 oyunun yalnız birində uduzub. Bu nəticə bir baş məşqçi kimi sizi qane edirmi?
-    Əlbəttə, komandadan razıyam. “Neftçi” ilə oyunda üzülmüşdük. Hər iki komanda üçün hava şəraiti eyni idi. Sadəcə, istəyirdik ki, məğlubiyyətsizlik seriyamız davam etsin. Amma bu, alınmadı. Futbolda belə hadisələr olur. Əfsuslanmamalıyıq, irəli baxmaq lazımdır. İlk iki dövrədə buraxdığımız səhvlər var idi. Futbolçular sanki, oyuna baxşqa cür yanaşırdılar. İndi o səhvlərimizin peşmanlığını çəkirik. Daha rahat ola bilərdik. Amma yenə vəziyyətimiz yaxşıdır. Çempionatda gərgin mübarizənin içində biz də varıq. Bu da məni qane edir.

 

-    AZAL-la oyuna bəzi məqamlar gözdən qaçmadı. Epizodların birində Fərhad Vəliyev Rail Məlikovla mübahisə etdi. Onlarla bu haqda söhbət etdinizmi?
-    Mən sizə açıq danışacam. O söhbət həmin dəqiqə bağlanılıb. Həm də Raillə Fərhadın təcrübələri var. Mən heç bu epizodu görməmişdim. Düzdü, mənə məlumat vermişdilər. Amma iki futbolçu bu söhbəti elə meydanda həll etmişdi. Sanki, belə bir şey olmayıb. Hamı mənə qovulmağımla bağlı sual verir. Siz ilk adam olduz ki, bu məqama toxunduz. Hər şey qaydasındadır. Oyunda olan şeylərdir.

 

-    Rəhim Həsənova Məhəmməd Qurbanovu söydüyü üçün etiraz etdiniz?
-    Məhəmməd Qurbanov uzun illər ölkəmizdə yaşasa da, rusca danışır. Ola bilər ki, kimisə səhv başa düşüb. Ya da düzgün başa anlamayıblar onu. Bu haqda məlumatım yoxdu. Əgər Məhəmməd də məni kimi qovulsaydı, tələb edərdik ki, araşdırsınlar. Rəhim Həsənova heç bir iradımız olmayıb. Şəxsən mən qəbul edirəm ki, məşqçilər üçün ayrılmış zonanı tərk etdim və etiraz bildirdim. Buna görə də tribunaya göndərildim. Heç bir etirazım yoxdu.

 

-    Xəyal Nəcəfovun əvəzedicilərə göndərilməsi nə ilə bağlı idi?
-    Xəyal Nəcəfov həmişə əvəzedici heyətdə oynamayacaq. AZAL-la oyunda ondan çox narazı qaldım. Gənc futbolçuya etibar ediriksə, o, etimadı doğrultmalıdır. Ciddi xəbərdarlıq olmalı idi. Başqa klublarda aylarla, illərlə əvəzedicidə "çürüyənlər" var. Amma biz gənclərə şans veriririk. Onlar da bunun əvəzini verməldi.

 

-    Razısınızmı ki, gənc futbolçuların başının üstündə qılınc olmasa, özlərini rahat  hiss edirlər?
-    Sizinlə tamamilə razıyam. Nəzarət olmasa, çəkdiyimiz əziyyət hədər gedəcək. Həkimlərdən tutmuş, mən də daxil olmaqla bunların üzərində çalışırıqsa, "iplərini buraxa" bilmərik. Heç olmasa, gələcəkdə qədrimizi bilsinlər.

 

-    “İnter”lə oyunda (2:2) gənc futbolçu Süleyman Əhmədova matçdan sonra etiraz edirdiz. Bunun səbəbi nə idi?
-    O, 1999-cu il təvəllüdür. Komandada ən gənc futbolçulardan biridir. Bu yaxınlarda ondan başqa bir neçə nəfəri də komandaya dəvət etmək fikrimiz var. Süleymandan da yaşda kiçikdilər. Bu, sonrakı prosesdir. İstəyirdim ki, Süleymana düzgün başa salım. Narazılıq və etirazım yox idi.

 

-    Gənc futbolçulara güvənirsiz?

-    Əlbəttə. Bu oyunçulara şans vermək lazımdır. Futbolçular oynamalıdır ki, görək, bunlardan futbolçu olacaq, ya yox. Artıq Yusif Nəbiyevi milliyə layiq bilənlər var. Bu da Azərbaycan futbolu üçün uğurdur. 

 

-    Növbəti tur “Zirə” ilə 6 xallıq oyun gözləyir...

-    Rəqibimiz bir neçə legionerlə güclənib. Bundan əlavə, komandada yeni baş məşqçi də var. “Zirə” xeyli güclənib. Bunu bəhanə gətirmirik. Bütün komandalar dəyişilib. 6 xallıq oyundu. Komandamızda yaxşı əhval-ruhiyyə var. Yaxşı nəticə qazanmaq istəyirik.


-    Sanki, “Sumqayıt”a dırnaqarası baxırlar. Bir çoxları "onsuz da mövsmün sonunda klub 7-ci olacaq" fikirlərini söyləyir. Bu il dəyişiklik gözləmək olar?
-    Klubda yaranan imicdən asılıdır. Məsələn, deyirlər ki, “İnter”də vəziyyət yaxşı deyil. Allah eləməsin, gələn il komanda zəifləsə, “İnter”ə yenə də medallar uğrunda mübarizə aparan komanda kimi baxacaqlar. Çünki tarixi klubdur, həmişə iddialı olub. Biz də “Sumqayıt” olaraq bu durumu dəyişmək istəyirik. Sumqayıt camaatı arasında bu sözü artıq demirlər. Azarkeşlərimiz Avropa Liqasından danışırlar. Bəli, əvvəllər hətta öz azarkeşlərimiz də deyirdi ki onsuz da “Sumqayıt” mövsümü 7 və ya 8-ci pillədə başa vuracaq. Deməli, nəyəsə nail olmuşuq. Özümüzə qarşı olan fikirləri dəyişmək lazımdı.

Xəbər xətti