"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Sportal.az saytına açıqlama verib. Təcrübəli çalışdırıcı komandanın hazırkı durumundan danışıb:
"Qış fasiləsindən sonra yaxşı çıxış edirik. Üç oyunun ikisində inamlı qələbə qazandıq. Futbolçuların sərgilədikləri oyuna görə razıyam. Komanda tam formalaşmayıb. Qışda istədiyimiz oyunçuların bəzilərini transfer edə bilmədik. Orxan Lalayev, Əli Həsənli və digər futbolçuların keçidi müəyyən səbəblərdən alınmadı. Hazırda bir qapıçımız var. Fərid Ağayevin ümidinə qalmışıq. Digər qapıçımız Elçin Sadıqovun isə səhhətində problemlər var".
Bəhmən Həsənov FİFA-nın komandanın xallarını silməsindən üzülmədiklərini bildirib:
"Xalların silinməsi bizi çox üzmədi. Bizdə bir çox şeylər baş verdi. Maaşların gecikməsi də mane oldu. Bu da futbolçular ararında narazılığa səbəb olurdu. FİFA nə qədər silirsə, silsin, qazanmağa davam edəcəyik. Komandamızda motivasiya olarsa, uğurlu çıxış edə bilərik".
Mütəxəssis "Rəvan"ın növbəti mövsümdən etibarən Həvəskarlar Liqasında çıxış edə biləcəyini də sözlərinə əlavə etdi:
"Artıq inanmıram ki, xallarımızı silsinlər. Bizi yəqin ki, Həvəskarlar Liqasına göndərəcəklər. “Rəvan”ı da “Bakı”nın aqibəti gözləyir. “Bakı”da da belə olmuşdu, xatırlayıram. Xalları sildikdən sonra həvəskarlara göndərdilər".
saytlarin hazirlanmasi