Premyer Liqanın XX turunda "İnter"ə 0:1 hesabı ilə uduzan “Qarabağ” "Azersun Arena"da ilk məğlubiyyətini alıb. 2015-ci ilin sentyabr ayından etibarən "Azersun Arena"da ev oyunlarını keçirən Ağdam təmsilçisinin tilsimi bu turda qırılıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın Premyer Liqada keçirdiyi ev oyunlarındakı məğlubiyyətsizlik seriyası da sona çatıb. Komanda ev oyunlarında 32 matç uduzmamışdı. Əyalət klubu son ev məğlubiyyətini 2014/15 mövsümündə alıb. Komandanın evdə aldığı son məğlubiyyət 2015-ci il fevralın 28-nə təsadüf edir. Ağdamlılar “Qəbələ”yə 0:1 hesabı ilə uduzmuşdu.
saytlarin hazirlanmasi