Riçard Almeyda: "Azərbaycan millisinə dəvət almaqdan qürur duyduğumu bildirdim" MÜSAHİBƏ

20:37 - 28 Fevral 2017

Premyer Liqasının XX turunda “Qarabağ” öz meydanında “İnter”ə məğlub olub.

 

Sportal.az xəbər verir ki oyundan sonra Ağdam klubunun aparıcı futbolçusu, bu gün millimizdə oynamağa razılıq verən Riçard Almeyda əməkdaşımızın suallarını cavablandırıb:

 

- Millimizdə oynamağa razılıq vemisən. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə nəzi müzakirə etdiniz?

- Bəzi hüquqi sənədlər var idi ki, onları imzalamalı idim. Həmin sənədlərə imza çəkdikdən sonra baş katib Elxan Məmmədovla görüşümüz oldu. Ümumi məsələlərdən danışdıq, xüsusi nəsə olmadı. Milli komandaya dəvət almaqdan qürur duyduğumu bildirdim.

 

- Milli komandada debütün nə vaxta təsadüf edəcək?

- Mən komanda yoldaşlarıma kömək etməyi fikirləşirəm. Əgər dəvət alsam, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Tam olaraq nə vaxt milliyə dəvət alacağımı bilmirəm.Çünki bəzi məsələlər var ki, onlar həllini tapmalıdır. Hazırda yalnız “Qarabağ”ın oyunlarını düşünürəm.

 

- “İnter”ə məğlub oldunuz. Bu haqda nə deyə bilərsiniz?

- Bu, futboldur və istənilən nəticəyə hazır olmalısan.

 

- Komandanız niyə belə zəif oynadı?

- Zəif oynamaqla bağlı fikirlərinizə hörmətlə yanaşıram. Amma düşünmürəm zəif oynadıq, sadəcə qol vura bilmədik.

Xəbər xətti