Zurab Xizanişvili: "Əsas sirr budur" MÜSAHİBƏ

11:15 - 1 Mart 2017

Azərbaycan Premyer Liqasının XX turunda “İnter” səfərdə “Qarabağ”ı Zurab Xizanişvilinin vurduğu yeganə qolla məğlub edib.
 
Sportal.az xəbər verir ki, “sabiq bankirlər”ə qələbə qazandıran təcrübəli futbolçu matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Çətin oyun oldu. Çünki “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Təbii ki, onlara qarşı oynamaq bizim üçün xüsusi motivasiyadır. Bu qələbədə bütün komandanın payı var idi. Gözəl oyuna görə futbolçularımıza və məşqçilərimizə təşəkkür edirəm.
 
- Bu yaşda belə gözəl bir qol vurmaq sənə necə təsir edir?
- Yaşın bir o qədər də əhəmiyyəti yoxdur.  Əsas məsələ odur ki, biz qol vurduq və komanda qalib gəldik.
 
- “Qarabağ” bu mövsüm “İnter”i məğlub edə bilməyib. Bunun sirri nədir?
- Biz “Qarabağ”ı udduq. Əsas sirr budur (gülür).
 
- Belə qolları “Qarabağ”a vuranda daha çox həzz alırsan, yoxsa AZAL-a?
- “Qarabağ” və “Qəbələ” güclü komandalardır. Mənim üçün əsas məsələ qələbənin qazanılmasıdır.
 
- “İnter”də maliyyə problemləri var. Düşünmək olmarmı ki, yayda “İnter”dən gedəcəksən...
- Burda heç bir problem yoxdur. Bəzi texniki məsələlərə görə maaşımızda gecikmə var. Mənim klubla müqaviləm var və mövsümün sonunda gələcəyimlə bağlı qərar verəcəyəm.

Xəbər xətti