Azərbaycan Premyer Liqasının 20-ci turu üçün azarkeş sayı məlum olub.
Sportal.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” - “Qəbələ” oyununu (1:1) 5000 azarkeş tribunlardan izləyib.
Turun antirekordu isə Şüvəlanda qeydə alınıb. “AZAL Arena”da keçirilən AZAL - “Neftçi” oyununu (0:1) 400 tamaşaçı izləyib.
“Qarabağ” “Azersun Arena”da “İnter”i qəbul edib. 1200 tamaşaçı Ağdam klubunun bu stadionda ilk məğlubiyyətinin (0:1) canlı şahidi olub.
Zirə idman kompleksinin stadionunda keçirilmiş “Zirə” - “Sumqayıt” matçını isə 1300 tamaşaçı izləyib.
Ümumilikdə, turun 4 oyununu 7900 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1970 tamaşaçı deməkdi.
saytlarin hazirlanmasi