"Sumqayıt" - "Qarabağ" matçının başlama saatı məlum oldu

13:00 - 1 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək "Sumqayıt” - "Qarabağ" oyununun başlanma saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, martın 4-də "Kapital Bank Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək.

 

Qeyd edək ki, "Qarabağ" 42 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci, "Sumqayıt" isə 25 xalla 5-cidir.

Xəbər xətti