Millimizin və Almaniyanın II Bundesliqasında çıxış edən "Aue Ersgebirge" klubunun üzvü Dmitri Nazarov cari mövsümü uğrulu keçirmir.
Sportal.az xəbər verir ki, ötən yayda "Aue Ersgebirge"nin çalışdırıcı Pavel Dotçevin istəyilə komandaya böyük ümidlərlərlə gətirilən yarımmüdafiəçi ən uğursuz transferlər siyahısında yer alıb. Almaniya mətbuarı komandaın heyətində 3 oyunçunu tənqid ediblər. Bunlar Klemens Fandrix, Martin Toşevin və millimizin üzvü Dmitri Nazarovdu. Adları çəkilən oyunçular komandanın gücünə güc qata bilməyiblər. Alman həmkarlarımız Pavel Dotçevin postundan istefa verməsini məqsədəuyğun hesab edirlər. "Aue Ersgebirge"nin transfer siyasəti isə uğursuz hesab edilib.
Əlavə edək ki, Nazarov "Aue Ersgebirge"nin heyətində 17 oyun keçirib və 3 qol vurub. Nazarov 3 qolu son 5 oyunda rəqib qapısından keçirib.
Xatırladaq ki, "Aue Ersgebirge" II Bundesliqanın turnir cədvəlində 18 xalla 18 komanda arasında sonuncu pillədədir.
saytlarin hazirlanmasi