"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov gələcək karyerası barədə açıqlama verib.
Sportal.az saytına danışan təcrübəli mütəxəssis ötən il İrandan gələn təklifi rədd etdiyini bildirib:
“Malayziyada hansısa ingilis məşqçinin köməkçisi olacaqdım. Həmin təklifə ciddi yanaşmadım. İrandan isə rəsmi olaraq təklif almışdım. 1-ci divizion klubu idi. Ötən ilin martında Bakıda danışıqlarımız olmuşdu. Azərbaycan kubokunda “İnter”ə ilk oyunda qalib gəldiyimiz üçün getmədim. Mövsümün sonunda gedə biləcəyimi dedim. Amma razılaşmadılar. Daha sonra başqa məşqçi gətirdilər”.
Bəhmən Həsənov ötən ay yenidən İrandan təklif aldığını sözlərinə əlavə edib:
“Bu yaxınlarda İrandan daha bir təklif gəlmişdi. “Hafiz Şirazi” futbol akademiyasında məşqçi kimi görmək istəyirdilər. Yayda hər şeyə aydınlıq gələcək. Ola bilsin ki, təklifi dəyərləndirib, getdim. Amma başqa ölkədə də qala bilmirəm. Özümdən asılı deyil. Türkiyədəki təlim-məşq toplanışlarında da 10 gündən artıq qala bilmirdim. Akademiyaya getsəm, bu gün gedərəm. Akademiyanın prezidenti məni göndərmək istəmirdi. Tez-tez yazır mənə. Yəqin ki, bu il “Rəvan”dan ayrılacam”.
saytlarin hazirlanmasi