Mayın 12-22 aralığına ölkəmizdə İslam oyunlarının keçiriləcəyindən xəbərdarsız. Yarışda futbol üzrə milli komandamız da çıxış edəcək. İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 23 yaşadək futbolçulardan ibarət yığma təmsil edəcək. Yay Olimpiya Oyunlarında olduğu kimi, İslamiadada da hər komanda 23 yaşdan yuxarı olan 3 futbolçunu heyətinə cəlb edə biləcək.
Sportal.az-ın əldə etdiyi məlumata görə, turnirdə yığmamızın qapısını Kamran Ağayev qoruyacaq. "Boavişta"da əsas heyətdə yerini əldən verən Kamran Ağayev oyun praktikasını itirməmək üçün çəçivəni qoruyacaq. 31 yaşlı qolkiperin Şimali İrlaniya ilə oyuna tam hazır olması üçün yığmanın məşqçilər korpusu belə bir addım atıb.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-u, saat 20:00-da keçiriləcək.
saytlarin hazirlanmasi