Fərhad Vəliyev: "Milliyə dəvət almamağım haqsızlıqdır" MÜSAHİBƏ

20:35 - 4 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” öz meydanında “Qarabağ”a böyükhesabla (0:4) məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "kimyaçılar"ın təcrübəli siması Fərhad Vəliyev saytımıza müsahibə verib.

 

- Oyun "Qarabağ"ın üstünlüyü ilə keçdi. Hesab da oyuna görə oldu. Çox şey demək olmaz. Oyun haqda çox danışmaq da olmur, "Qarabağ" güclü komandadır. Bu komandaya qarşı oynamaq bizdə alınmır. Futbolçularımız "Qarabağ"a qarşı oynayanda formadan uzaq düşürlər.


- Hazırda yaxşı formada olsan da, milliyə dəvət almadın.
- Əlbəttə, mən də gözləyirdim ki, təklif gələcək. Baş məşqçi də demişdi ki, Avro-2020 üçün təcrübəli qapıçılara ehtiyac var. Fikrimcə, yığmanın DÇ-2018 üçün də şansı var. Milliyə hazırda nəticə lazımdır. Amma gənclərə üstünlük verildi. Təcrübəli qolkiper kimi dəvət gözləyirdim.

 

- Şahruddin Məhəmmədəliyev "Qarabağ"da əsas heyət üzvü olmaya-olmaya milliyə dəvət alır. Səncə, bu haqsızlıq deyil?
- Əlbəttə, haqsızlıqdır. Digər yığma komandalara baxanda görürük ki, təcrübəli qolkiperlərə dəvət göndərilir və onlar da yığmalarına kömək edir. Şahruddin U-21 millisinin üzvü idi. Mən təcrübəli qolkiper kimi dəvət gözləyirdim.                        

 

- "Sumqayıt"ın avrokuboklara düşmək şansını necə dəyərləndirirsiz?
- Avropa Liqasına vəsiqə qazanmaq bizim üçün çətin olacaq. 4-cü pilləni əldən vermişik. Çalışacağıq ki, mövqeyimizi geri qayatraq.

 

- "Sumqayıt" son iki oyunda istənilən kimi oynamır...
- Sadəcə, Rail Məlikov bu oyunda oynamadı. Amma ciddi hazırlaşmışdıq. Bu qədər zəif oynayacağımızı gözləmirdim. Komandada problem yoxdu.                        

 

- Samir Abasov bildirdi ki, "Sumqayıt"ın Avropa Liqasına vəsiqə qazanmasına, hələ çox var...
- Əlbəttə, çox çalışmalıyıq. Ora düşsək, gərək, ölkəmizi layiqli təmsil edək. Turnirdə böyük hesabla uduzmayaq. Çalışacağıq 4-cü pilləni yenidən ələ keçirək.

Xəbər xətti