Nizami Hacıyev: "Onsuz da, Prosineçki "kitabı" bağlandı" MÜSAHİBƏ

23:20 - 4 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda "İnter" öz meydanında "Qəbələ"yə məğlub olub - 0:2.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in kapitanı Nizami Hacıyev əməkdaşımızın suallarını cavablandırıb:

 

- Əvəzlənməyin nə ilə bağlı idi?

- Sadəcə, bir az oyunum alınmadı. Gecə özümü narahat hiss edirdim, narahat yatmışdım.

 

- Bəlkə, komandadakı  maaş problemindən narahatsan...

- Yox, pulluq deyil. Bu oyunda puldan söhbət edə bilmərilk.

 

- Oyuna aqressiv başlamışdın. Bu, milliyə dəvət almamağınla bağlı deyildi?

- Yox, onsuz da Prosineçkinin “kitabı” bağlandı. 

 

- Oyunda istəyiniz nə idi?

- Sadəcə, qələbə qazanmaq. Hamımız istəyirdik ki, qələbə qazanaq. Bu gün qələbə qazansaydıq, hər şey başqa cür olacaqdı. “Qəbələ” də güclü rəqiblərdən biridir.

 

- Sən komandanın ən aparıcı üzvüsən. Sənin zəif çıxışını nə ilə əlaqələndirmək olar? Ümumiyyətlə, “İnter” qol buraxdıqdan sonra hücum etmirdi...

- Mən məşqçinin işinı qarışa bilmərəm. Yəqin ki, oyunum məşqçini qane etmədi vəməni əvəzlədi. Bu, normaldır.

 

- Əvəzlənəndən sonra birbaşa paltardəyişmə otağına yollandın. Bu, nə ilə bağlı idi?

- Soyuq idi. Bunu məşqçiyə etiraz kimi qəbul etmək lazım deyil.

 

- Hiss olunurdu ki, komanda 1 xal üçün mübarizə aparır...

- Əksinə, biz çempionluğa oynayırdıq. Bəlkə də, “İnter” tarixi ərzində ilk dəfə idi ki, 55-ci dəqiqədə 2 əvəzetmədən istifadə edirdi. Mənim “İnter”in belə əvəzetmə etməsi yadıma gəlmir.  Baş məşqçimiz belə lazım bilibsə,mən kiməmki, etiraz dim?

 

- Ötən tur “Qarabağ”a qalib gəlsəniz də, bu gün “Qarabağ”a uduzduz. Düşünmək olarmı ki, “Qəbələ” “Qarabağ”dan güclüdür?

- Deməzdim. Bu gün “Qəbələ” bizdən güclü oynadı, ona görə də qələbə qazandı.

 

- Bu gün çoxsaylı səhvlər etdiniz...

- Bəli, səhvlər oldu. Amma səhvlər həmişə olur.  Artıq bu oyunu unudub, növbəti oyunlara hazırlaşmalıyıq. 

Xəbər xətti