Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulur.
Sportal.az xəbər verir ki, bu gün 21-ci turun son 2 qarşılaşması keçiriləcək. Gəncədə "Kəpəz" AZAL-ı sınağa çəkəcək. Son zamanlar qələbə üzünə həsrət qalan hər iki komanda dövrəni major notlarda bitirməyə çalışacaq.
"Neftçi" isə öz meydanında "Zirə"ni qəbul edəcək. Bu komandaların dueli dördüncü yer baxımından mühüm əhəmiyyət kəsb edir. "Ağ-qaralar" qələbə qazansa, rəqibi ilə xal fərqini 3-ə endirəcək. "Zirə" isə əksinə, 3 xalı bayram etməklə dördüncü pillədəki mövqeyini xeyli yaxşılaşdırmış olacaq.
15:00. “Kəpəz” – AZAL 1:1
Qollar: Şəhriyar Əliyev, 39 - Vaqif Cavadov, 90
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu
18:00. “Neftçi” – “Zirə” 1:2
Qollar: Daniel Seqovia, 60 - Georgi Navalovski, 62 (ö.q.), Milan Duriç, 79
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km stadionu