Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən "Neftçi" - "Zirə" matçı qonaqların 2:1 hesbalı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin hücumçusu Daniel Seqovia jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün oyuna yaxşı başlamadıq. 2-ci hissədə öz oyunumuzu tapdıq və qol vurduq. Amma toparlana bilmədik. Ardıcıl qollar buraxdıq. Oyunu özümüz uduzduq. Rəqib səhvlərimizdən yararlandı. “Zirə” böyük bir şey etmədi.
- Hesabı açsaz da, erkən qol buraxdız. Komandada eyforiya yaranmışdı?
- Qol vurduq, amma erkən qol gördük. “Neftçi” kimi komanda dərhal qapısında erkən qollar buraxmamlıdır. Belə qolları buraxmamalıyıq. Belə qollar buraxsaq, çempionluq uğrunda müarizə apara bilmərik. İnanıram ki, gələn oyunlarda belə qollar buraxmarıq.
- 1-ci hissədə niyə oyununuz zəif alındı?
- 1-ci və 2-ci hissələrdə fərq oldu. Komandanda nəsə çatışmırdı. Baş məşqçimiz fasilədə bizə müəyyən tapşırıqlar verdi. Çatışmayanları bizə izah etdi. Bunun da nəticəsində 2-ci hissədə yaxşı oyun sərgilədik. Amma qapımızda səhvlərimizdən qol buraxdıq. Rəqib ilk qoluna qədər təhlükəli vəziyyət yaratmamışdı.
- Maksim Vaylo dəfələrlə səhvlərə yol verib. Növbəti oyunlarda Vaylo qapını qoruyanda komandada inamsızlıq yaranmayacaq?
- Günahı Vaylonun üzərinə yıxmaq olmaz. Elə oyun ola bilər ki, qapıçı yaxşı oynaya bilər. Qapıçı bəzən də səhvlərə də yol verə bilər. Bu gün Maksimin günü deyildi. Birgə qalib gəliyimiz kimi, komanda şəklində uduzuruq.
- “Neftçi” qış fasiləsindən sonra yaxşı başlamışdı və komandaya inam yaranmışdı. Artıq “Zirə” ilə 9 xallıq fərq var. Bu gün həmin inamı itirmədiz?
- Azarkeşlərimizə səslənirəm və bildirirəm ki, dəstəklərini əsirgəməsinlər. Qalan oyunlarda maksimum nəticələr əldə etmək üçün yanlarımızda olmaları vacibdir.
- Çempionat oyunları üçün motivasiya qalıb? Ümid ancaq ölkə kubokunadır...
- Peşəkar oyunçuyam və uşaq yaşlarımdan beynimə həkk olub ki, bütün oyunlara qələbə əzmi ilə çıxım. “Neftçi” elə komandadır ki, motivasiyaya ehtiyac yoxdur. İstər kubok, istərsə də çempionat oyununa qalib gəlmək üçün çıxmalısan. Mən inanıram ki, komandamız son oyuna kimi motivasiyalı olacaq.