Azərbaycan Premyer Liqasının XXI turunda “Neftçi” öz meydanında “Zirə”yə məğlub olub – 1:2.
Sportal.az xəbər verir ki, İqnasio Herrera jurnalistlərin suallarını cavablandırıb:
- Özünüz də gördünüz ki, “Zirə” “Neftçi”dən üstün oyun sərgiləmədi. Sadəcə, hesabda öndə olan zaman üstünlüyümüzü saxlamalı idik. Bizim qoldan dərhal sonra rəqib cavab qolunu vurdu. Rəqib önə keçdikdən sonra oyunun taleyini dəyişmək üçün vaxt yox idi. Çünki “Zirə” komanda şəkilində müdafiə olunurdu və əks hücumlara bel bağlayırdı. Sonda da qələbə qazanan komanda “Zirə” oldu.
- Necə düşünürsən, əvəzetmələrini gec edilmədi? Çünki ehtiyatda hər an qol vurmağı bacaran Barqas kimi futbolçu var idi...
- Düşünmürəm ki, gecikdik. Məşqçimiz rəqib önə keçdikdən sonra əvəzetmələr etdi ki, oyunun axarını dəyişsin. Mən başqası haqda yox, öz oyunumdan danışa bilərəm.Meydanda olduğum müddətdə əlimdən gələni etdim ki, komandaya xeyrim dəysin. Təssüflər olsun ki, qol epizodları yarada bilmədim. İnanıram ki, növbəti matçlarda daha yaxşı oyanayacam.
- Son oyunlarda səni meydanda az-az görürük. Bunun səbəbi nədir?
- Məşqçimizin qərarıdı və buna etiraz edə bilmərəm. “Neftçi”də hamımız bir nəticə üçün çalışırıq.Ona görə də mənim və ya komanda yoldaşımın oynamağının fərqi yoxdur. Sadəcə, bəzi yerli oyunçularımız zədəli olduğu üçün məşqçimiz dəyişikliklər etmək istədi. Ruslan Abışov zədəli olduğu üçün Edson onun yerində oynadı. Yəqin ki, mən də limitə görə kənarda qaldım.
- Bu məğlubiyyətdən sonra avrokuboklara düşmək şansınız bir qədər də azaldı. Yeganə çıxış yolunuz kubokda “Qarabağ”dan üstün olmaqdı. Necə düşünürsən, “Qarabağ”ı kubokdan kənarlaşdıra biləcəksiniz?
- Çempionatda da ümidlərimizi üzmürük. Son günə və son ana qədər mübarizə aparacağıq. Bu gün məğlub olsaq da, digər oyunlarımızda qələbə qazana bilərik. Düz qeyd edirsiniz, ən real yol kubokdu. Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı üstələyək.
- Növbəti turda çempionluq uğrunda mübarizə aparan “Qəbələ” ilə qarşılaşacaqsınız. Çətin olamayacaq?
- İstəyirəm ki, “Qəbələ”yə qarşı oynayım. Motivasiyam var və döyüşməyə hazıram. Rəqibə gəlincə, “Qəbələ” çətin komandadı. Buna baxmayaraq, layiqli mübarizə aparmağa çalışacağıq.
saytlarin hazirlanmasi