İngiltərə Premyer Liqasında mübarizə aparan "Çelsi" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, təmsilçim "Qarabağ"ın Çempionlar Liqasında rəqibi olan London təmsilçisinin heyətində Alvaro Morata 1 ay yaşıl meydanlarda uzaq qalacaq. Premyer Liqanın 7-ci turunda "Mançester Siti"yə qarşı matçda zədələnən ispan hücumçunun durumunun ciddi olduğu məlum olub.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm 9 oyuna 7 qol vurub.
saytlarin hazirlanmasi