Kasilyasdan rekord göstərici

10:56 - 19 Sentyabr 2018

"Portu"nun qolkiperi İker Kasilyas Çempionlar Liqasında rekord göstərici ilə tarixə düşüb. 

 

Sportal.az xəbər verir ki, 37 yaşlı qapıçı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Şalke”yə qarşı keçirilən səfər görüşündə buna nail olub. Belə ki, Kasilyas 20-ci mövsüm turnirdə meydana çıxıb. Bununla da, o, buna nail olan ilk futbolçu olub.

 

Qeyd edək ki, Kasilyas ÇL-də 1999-cu ildə “Real”ın heyətində debüt edib. ÇL-in qat çempionu İspan qapıçı turnirdə 168 oyunla rekord göstəriciyə sahibdir.

Xəbər xətti