Ronaldonun bacısı üsyan etdi: "Qardaşımı yerlə bir etmək istəyirlər"

18:49 - 20 Sentyabr 2018

Kriştiano Ronaldonun bacısı Katya Aveyru "Yuventus"da çıxış edən qardaşının Çempionlar Liqasında "Valensiya" ilə səfər matçında qırmızı vərəqə alaraq meydandan qovulmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Katya bu qərarla bağlı sərt sözlər işlədib:

 

 

"Utanın. Ədalət yerini tapacaq. Qardaşımı yerlə bir etmək istəyirlər, amma Tanrı hər şeyi görür. Hörmətsizlik!"

 

Qeyd edək ki, ÇL-də 154-cü oyununa çıxan 33 yaşlı ulduz futbolçu bu turnirdə ilk dəfə qırmızı vərəqə alıb.

Xəbər xətti