Topaz Premyer Liqasının V turunda "Sumqayıt"la ev matçında son dəqiqələrdə rəqib hücumçu Atilla Yıldırımla mübarizədə başından ciddi xəsarət alan Sertan Taşkın tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdı.
Sportal.az xəbər verir ki, U-21 millimizin üzvünün başına 8 tikiş qoyulub və evə buraxılıb. Sərtanın vəziyyəti normaldır. Onun məşqlərə başlayacağı vaxt məlum deyil.
Qeyd edək ki, sözügedən qarşılaşamda "Keşlə" 1-2 hesabı ilə uduzmuşdu.
saytlarin hazirlanmasi