“Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

17:31 - 25 Sentyabr 2018

“Keşlə” Azərbaycan çempionatlarında 700-cü qolunu vurub.

 

Sportal.az xəbər verir ki, yubiley qolunun müəllifi Slavik Alxasov olub. O, Topaz Premyer Liqasının 5-ci turunun “Sumqayıt”la qarşılaşmasında (1:2) komandasının tarixi qoluna imza atıb.

 

700-cü qolu 522-ci matçda vuran “Keşlə”nin orta məhsuldarlığı 1,34-ə bərabərdir. Paytaxt klubu qol sayında “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan”dan sonra 5-ci pillədədir.

 

Əvvəllər “Xəzər Universiteti” (1999-2004) və “İnter” (2004-2017) adlanan klubun ilk qolu isə 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.

 

“Sumqayıt”ın qapısına vurulan top həm də Slavikin Azərbaycan çempionatlarında 10-cu qolu olub. O, “Sumqayıt”da 3, “Keşlə”də 7 dəfə fərqlənib.

Xəbər xətti