"Keşlə" "Qəbələ" önünə itkilərlə çıxacaq

00:46 - 29 Sentyabr 2018

Topaz Premyer Liqasında uğursuz satart verən iki komanda - "Qəbələ" və "Keşlə" VI turda üz-üzə gələcəklər.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin heyətində 2 oyunluq cəzalanan Təmkin Xəlilzadə oynamayacaq. "Keşlə"də eyni durumla yamaykalı forvard Andre Klennon üz-üzədir. Paytaxt klubunun müdafiəçisi Sərtan Taşkın da Qəbələ səfərində komandasına kömək etməyəcək. Ötən tur "Sumqayıt"la qarşılaşmada başı partlayan futbolçu istirahət edəcək.

 

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu sentyabrın 30-u, saat 18:00-da baş tutacaq.

Xəbər xətti