"Keşlə"nin yeni transferi və başına 8 tikiş qoyulan futbolçusu məşqlərə başladı

16:53 - 2 Oktyabr 2018

"Keşlə"nin son klubu Türkiyə "Gənclərbirliyi"si olan Diallo Samba Quydileye ilə müqavilə imzaladığını xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, Mavritaniya millisinin üzvü komandanın heyətində ilk məşqinə çıxıb. Onunla yanaşı, 5-ci turda "Sumqayıt"la oyunda zədələnən və başına 8 tikiş qoyulan Sərtan Taşqın da kollektiv məşqlərə start verib.

 

Qeyd edək ki, "Keşlə"nin bu həftə "Qarabağ"la keçirəcəyi oyun oktyabrın 31-nə təxirə salınıb.

 

Image may contain: one or more people, people playing sports, stadium and outdoor

Xəbər xətti