Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsində evdə "Şalke" ilə 0-0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis 1 xalı yaxşı nəticə hesab edib:
"Əgər varsa, 1 xal da yaxşı nəticədir. Təbii ki, istədiyimiz deyildi. Amma meydanda istəmədiyimiz amillər də oldu. Sözün düzü, şətinlik çəkdik. Hücumlara çıxanda çox top itirdik. Bu səviyyədə belə səhvləri cəzalandırırlar. İkinci hissədə məğlub ola bilərdik. Fernando Musleraya buna görə təşəkkür etməliyik. Ən böyük təşəkkür isə 18 yaşlı Ozanadır".
Terim qazanılan bir xalla növbəti mərhələ iddialarının olduğunu bildirib: "Qazandığımız bir xal bizi qrupda mübarizədə saxladı. Hələ də üst yerlər bizim üçün açıqdır. Azarkeşlər bizə sona qədər dəstək oldular, onlara təşəkkür edirik. İkinci hissə üçün nəsə deyə bilmərəm, sadəcə, mübarizə apardıq. Bu, bizim oyunumuz deyil. Oyunun 15-20-ci dəqiqəsində dəyişikliklər etmək istəyirdim. Səlçuk İnanı meydana buraxmaq istədim, amma o, bu vəziyyətlə 70-80 dəqiqə oynayacaq durumda deyil. Əgər bu bir xal sizi yarışda saxlayırsa və bu azarkeşlər önündə mübarizə aparırsınızsa, dməli qələbələr də olacaq".
65 yaşlı mütəxəssis qələbəyə layiq olmadıqlarını vurğulayıb: "3 xal qazansaydıq, turnir cədvəlində daha yaxşı vəziyyətimiz olardı. Ancaq açıq danışsaq, qələbəyə layiq oyun nümayiş etdirmədik. Qol buraxsaydıq, hesab böyük ola bilərdi. Yavaş-yavaş dəyişəcəyik. Bir az zamana ehtiyac var. "Qalatasaray" evdə bir çox oyunları təzyiqlə, azarkeşin dəstəyilə qazanıb. ".
"İmperator" "Şalke"nin 33 yaşlı baş məşqçisi Domeniko Tedeskonunun gələcəkdə yaxşı mütəxəssis olacağını deyib: "Domenikonu təbrik edirəm. Yaxşı komandası var. Tedesko gələcəkdə yaxşı baş məşqçi olacaq".
saytlarin hazirlanmasi