"Qısa müddətdə iki səhv etdik ki, rəqib də bundan yararlandı. İlk hissədə daha fəal olsaq da, rəqib üstünlüyə yiyələndi".
Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının IX turunda səfərdə "Səbail"ə 1-2 hesabı ilə uduzan "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç deyib. Serbiyalı mütəxəssis məğlubiyyəti şərh edib: "Fasilədən sonra "Səbail" azlıqda qaldı. Əvvəlcə 2, sonra hücumçu ilə oynadıq, amma təəssüf ki, 1 qol vurduq. Əlbəttə, bu məğlubiyyətlər klub prezidentini qane etmir. Bu gün rəqib qapıçı da yaxşı oynadı".
Milinkoviç Vaqif Cavadovun əvəzlənərkən onun əlini sıxmaması barədə bunları deyib: "Futbolda emosiyalar qaçılmaz olur. Biz məğlub olurduq. Belə anda futbolçu əvəzlənmək istəmir. Onun skamyaya təpik vurmasını görmədim. Bəlkə də əsəbləşib, zərbə vurub. Ancaq bu gün biz 3 xal itirmişik".
saytlarin hazirlanmasi