"Keşlə"də ciddi itki

17:31 - 3 Noyabr 2018

Topaz Premyer Liqasının 10-cu turunda "Keşlə" "Neftçi"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, meydan sahibləri itkiylə üzləşib. Qarşılaşmanın 29-cu dəqiqəsində "ağ-qırmızılar"ın müdafiəçisi Azər Salahlı zədələnib. Oyun davam etdirə bilməyən 24 yaşlı futbolçunun əvəzinə meydana Vaqif Cavadov daxil olub.

 

Qeyd edək ki, oyunda qonaqlar 1-0 hesabıyla öndədir.

Xəbər xətti