Belarus Premyer Liqasında "Neman Qrodno"nu evində 1:0 hesabı ilə məğlub edən BATE çempionluğunu rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, bu, Borisov təmsilçisinin ardıcıl 13-cü çempionluğu olub. Xallarını 69-a çatdıran "sarı-göylər" ən yaxın rəqibi Minsk "Dinamo"su üçün əlçatmaz olub. Beləliklə, BATE ümumilikdə 15-ci dəfə qızıl medalları qazanıb.
Qeyd edək ki, BATE bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı iki oyunun nəticəsinə görə üstələyərək, pley-offa adlamışdı. Həmin qələbə Belarus klubuna 5 milyon avro qazandırmışdı. Əgər mərhələni "Qarabağ" keçsəydi, UEFA həmin məbləği "Qarabağ"a ödəyəcəkdi.
saytlarin hazirlanmasi