Futbol üzrə Litva milli komandasının UEFA Millətlər Liqasında keçirəcəyi növbəti oyunlar üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Edqaras Yankauskas düşərgəyə 23 futbolçu dəvət edib. Onların arasında “Keşlə”nin müdafiəçisi Edvinas Girdvainis də var.
C Liqasının 4-cü qrupunda yer alan Litvanı noyabrın 17-də Rumıniya, ayın 20-də isə Serbiya ilə səfər oyunları gözləyir.
Qeyd edək ki, geridə qalan 4 oyunun hamısında məğlub olmuş Girdvainisin komandası qrup sonuncusudur.
saytlarin hazirlanmasi