Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

21:30 - 9 Noyabr 2018

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, “Tottenhem”in hücumçusu Harri Keyn turun oyunçusu seçilib.

 

O, azarkeşlər arasında səsvermədə Milan Pavkov (“Srvena Zvezda”), Riyad Mahrez (“Mançester Siti”) və Kərim Benzemanı (“Real”) qabaqlayıb.

 

Qeyd edək ki, Keyn PSV-yə qalib gəldikləri oyunda (2:1) dubl edib.

Xəbər xətti