"Keşlə"nin futbolçusu üçün il başa çatdı

12:51 - 16 Noyabr 2018

"Keşlə" ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, əsas heyət üzvü Azər Salahlı ilin sonuna kimi oynamayacaq. Ayaq barmağı sınan müdafiəçi ilin sonuna kimi Premyer Liqada keçiriləcək 3 turu buraxmalı olacaq.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu yayda "Sumqayıt"dan "Keşlə"yə keçib.

Xəbər xətti