Bu həftə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək. 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq.
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı cütlərin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edib. Üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb.
Azərbaycan kuboku
1/8 final
6 dekabr
1. “Ağsu” - “Sabah” - indiyədək qarşılaşmayıblar
2. “Şüvəlan” - “Keşlə” - 2 oyun, +0=1-1, top fərqi 0-1
Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 2010/11 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda qarşılaşıb. Cütün taleyini həmin vaxt “İnter” adlanan “Keşlə”nin vurduğu 1 qol həll edib.
2010/11 1/2 final İnter (Bakı) - AZAL (Bakı) 0:0, 1:0
3. “Qaradağ Lökbatan” - “Sumqayıt” - indiyədək qarşılaşmayıblar
4. “Kəpəz” - “Səbail” - indiyədək qarşılaşmayıblar.
saytlarin hazirlanmasi