PSJ, "Liverpul", "Tottenhem" 1/8 finalda, "Napoli" və "İnter" qrupda qaldı

02:13 - 12 Dekabr 2018

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur. Bu gün A, B, C və D qruplarında son turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, C qrupunda PSJ və "Liverpul" 1/8 finala çıxıblar. B qrupunda isə "Barselona"nın ardından "Tottenhem" mərhələ adlayıb. PSV ilə heç-heçə edən "İnter" qrupda qalıb.

 

Türkiyə təmsilçisi "Qalatasaray" isə öz meydanında "Portu"ya 2:3 hesabı ilə uduzub və Avropa Liqasına vəsiqə qazanıb.

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

11 dekabr

 

A qrupu

"Brügge" (Belçika) - "Atletiko" (İspaniya) - 0:0

 

"Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2

Qollar: Rafael Qerrero, 15, 88

 

B qrupu

"Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1

Qollar: Usman Dembele, 7 - Lukas Moura, 85

 

"İnter" (İtaliya) - PSV (Hollandiya) - 1:1

Qollar: Mauro İkardi. 73 - İrvinq Losano, 13

 

C qrupu

"Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:0

Qol: Məhəmməd Salah, 34

 

"Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa) - 1:4

Qollar: Marko Qobelyiç, 56 - Edinson Kavani, 10, Neymar, 40, Markinyoş, 74, Kilian Mbappe, 90

 

D qrupu

"Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya) - 2:3

Qollar: Sofiane Fequili, 45 (pen.), Ərən Dərdiyok, 65 - Felipe, 17, Mussa Mareqa, 42 (pen.), Serxio Olivyera, 57

Qeyri-dəqiq penalti: Sofian Fequili, 67

 

"Şalke" (Almaniya) - "Lokomotiv" (Rusiya) - 1:0

Qol: Alessandro Şöpf, 90+3

Xəbər xətti