Kubokun 1/4 finalı rəqəmlərin gözü ilə

18:33 - 13 Dekabr 2018

Bu həftə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. Bu mərhələdə yalnız Topaz Premyer Liqası təmsilçiləri mübarizə aparacaq. Üz-üzə gələcək cütlərdən birindəki rəqiblər əvvəllər də qarşılaşıb. Digər cütlər ilk dəfə kubokda görüşəcək.
 
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası cütlərin əvvəlki oyunlarının balansını təqdim edib.
 
Azərbaycan kuboku
1/4 final
 
15-19 dekabr
 
7. “Neftçi” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar
8. “Zirə” – “Səbail” – indiyədək qarşılaşmayıblar
 
16-20 dekabr
 
5. “Qəbələ” – “Sabah” – indiyədək qarşılaşmayıblar
 
6. “Qarabağ” – “Keşlə” – 7 oyun, +4=1-2, top fərqi 9-5
Komandaların kubokdakı yolları indiyədək 4 dəfə kəsişib. Bunların ikisində paytaxt təmsilçisi, ikisində Ağdam klubu dueldən qalib ayrılıb. Bu duellər çərçivəsində 7 matç baş tutub. Son 3 oyunda “Qarabağ” qol buraxmadan qələbə qazanıb.
 
 
2004/05 1/8 final Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0, 0:2
2007/08 1/4 final Qarabağ (Ağdam) - İnter (Bakı) 2:2, 0:1
2008/09 final İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1
2015/16 1/2 final İnter (Bakı) - Qarabağ (Ağdam) 0:4, 0:1

Xəbər xətti