Samir Abasovun istəyi: "Hər şeyi unutmaq istəyirik"

20:09 - 15 Dekabr 2018

“Bu dəqiqədən sonra bizim üçün ən vacib məqam sakitləşməkdi. Qələbəyə baxmayaraq, soyunub-geyinmə otağında  başqa cür ab-hava var. Təəssüfləndiyimiz məqamlar çoxdur". Sportal.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov deyib. 

 

Paytaxt təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında "Səbail"i məğlub edib. 

 

Oyundan sonra baş tutan mətbuat konfrnasında iştirak edən çalışdırıcı fikirlərini bildirib.  Abasov qələbəyə baxmayaraq, narahatlıq hisslərini gizlətməyib: "Sıxıntının, təzyiqin altından oyunda da çıxmağa çətinlik çəkirik. Epizodlar yaradırıq qol vura bilmirik, penalti qazanırıq  vura bilmirik.  Bu mərhələ bitdikdən sonra yaxşı dincəlməyə, ehtiyacımız var. Qış fasiləsində hər şeyi unutmaq istəyirik. Turnir cədvəlindəki vəziyyətimiz və uğursuz oyunların hələ də davam etməsi təəssüf yaradır. Bizi kubokun cavab görüşündə yaxşı mübarizə gözləyir. Başa düşürəm ki, bizi çətin oyun gözləyir. Allah bizə kömək olar”.

 

Qeyd edək ki, “Zirə”nin çempionatdakı işləri yolunda getmir. 

Xəbər xətti