Azərbaycan kubokunun qalibi futzal klubuna keçdi FOTO

11:07 - 16 Dekabr 2018

Ötən mövsüm “Keşlə”də çıxış edən serbiyalı futbolçu Nemanya Stoyanoviç futzalla məşğul olmağa başlayıb. 

 

Sportal.az saytının məlumatına görə, son olaraq Avstriyanın “Mauerverk” klubunda çıxış edən yarımmüdafiəçi “Liberta” ilə müqavilə imzalayıb.  24 yaşlı futbolçu artıq yeni klubunun heyətində ilk oyununu keçirib. 

 

Qeyd edək ki, Stoyanoviç “Keşlə”nin heyətində Azərbaycan kubokunun ötən mövsümünün qalibi olub. 

Xəbər xətti