“Keşlə”nin uğursuz yubileyi

12:27 - 18 Dekabr 2018

“Keşlə” Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb. 

 

Sportal.az xəbər verir ki, bu uğursuz yubiley 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda gerçəkləşib.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı oyununda 25-ci yenilgisini alıb.

 

Hesabında 49 qələbə olan “Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında əldə etməyə çalışacaq. Hesabında 22 heç-heçə də olan bakılılar 158 qol vurub və 95-ni buraxıb. “Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.

Xəbər xətti