Aftandil Hacıyev: "İki cəbhədə mübarizə aparmağa gücümüz yoxdur"

19:26 - 19 Dekabr 2018

“Maraqlı oyun oldu. İlk dəqiqələrdə qol vurmaq istəyirdik. Buna nail olduq, amma sonradan qollar buraxdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə"yə 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. Gənc mütəxəssis iki cəbhədə mübarizə aparmaq üçün güclərinin olmadığını dilə gətirib:

 

"Cavab oyununda qapını toxunulmaz saxlamaq üçün maksimum diqqətli olmalıyıq. Bu gün oyunçulara təşəkkür edirəm ki, bəziləri iynə gücünə meydana çıxmışdılar. Ehtiyat qüvvəmiz isə azdır. Bu oyun göstərdi ki, gücümüz iki cəbhədə mübarizə aparmağa çatmır. Bütün diqqətimizi çempionata yönəldəcəyik”.

Xəbər xətti