“Oyun gərgin keçdi. Deyərdim ki, futbolçular əllərindən gələni elədilər".
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə "Qəbələ"yə 0-1 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib. Mütəxəssis hücum xəttində problemlərinin olduğunu vurğulayıb: "Çalışacağıq ki, qış fasiləsində problemləri aradan qaldıraq. Hücum xəttində problemimiz var. İrəlidə top saxlaya bilmirik. Qələbəni növbəti mərhələ münasibəti ilə təbrik edirəm”.
48 yaşlı çalışdırıcı "Neftçi"dən ayrılan Rəşad Eyubovun adının "Sabah"la hallanmasına münasibət bildirib: "Bu barədə mən də bu gün eşitmişəm. Bu transfer hələ rəsmiləşməyib".
saytlarin hazirlanmasi