Azərbaycan kubokunda mövsümün final matçının keçiriləcəyi məkan bəlli deyil.
Sportal.az-a PFL-in mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar qəbul olunmayıb.
PFL-in prezidenti Ramin Musayev daha öncə açıqlamasında ölkə kubokunun finalının Gəncə və ya Qəbələdə reallaşacağını söyləyib. Ölkə kubokunun finalı 2019-cu ilin mayın 29-da baş tutacaq.
Qeyd edək ki, ötən il həlledici görüş Qəbələ şəhər stadionunda baş tutub.
saytlarin hazirlanmasi