"Keşlə"nin qış hazırlığı: üç rəqib məlum oldu

00:23 - 26 Dekabr 2018

"Keşlə"nin qış hazırlıq planı açıqlanıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Tərlan Əhmədovun kollektivi hazırlığa Bakı şəhərində start verəcək. İkinci mərhələdə "ağ-qırmızılar" Türkiyənin Antalya mahalına yollanacaq. Yanvarın 12-dən start götürəcək ümumi hazırlıq mərhələsi yanvarın 26-na kimi davam edəcək.

 

Türkiyə toplanışı çərçivəsində "Keşlə" dörd yoxlama oyunu keçirməyi planlaşdırır.

 

Oyunların siyahısı aşağıdakı kimidir:

 

17.01.2019. Keşlə  Okjetpes (Qazaxıstan,1-ci liqa)

23.01.2019. Keşlə -  Konkordiya (Rumıniya, 1-ci liqa)

25.01.2019. Keşlə - Çertanovo (Rusiya, Moskva, MFL)

 

Paytaxt təmsilçisi yanvarın 20-də də oyun keçirməyi planlaşdırır. Lakin rəqibin adı məlum deyil."Keşlə"nin qış hazırlıq planı açıqlanıb.

Xəbər xətti