"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimovun işsiz günləri başa çata bilər.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Belarusun "Dinamo" (Brest) klubunu çalışdıra bilər. Ukraynalı mütəxəssis Brest təmsilçisinin baş məşqçisi olmağa əsas namizədlərdən biri hesab edilir. Klub rəhbərliyi son olaraq, Azərbaycanda işləmiş çalışdırıcı ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Maksimov ötən mövsümün yarısında "Keşlə"yə gəlmişdi və ölkə kubokunu qazandırmışdı. O, yayda "Keşlə"dən ayrılmışdı.
saytlarin hazirlanmasi