Bakıda təlim-məşq toplanışında olan "Keşlə"nin ilk yoxlama görüşünün başlama vaxtı müəyyənləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu sabah I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşacaq. Türk Hava Yolları Futbol Mərkəzində keçiriləcək görüş saat 12:00-da stat götürəcək.
Yanvarın 12-də toplanışın ikinci mərhələsi üçün Antalyaya yollanacaq "Keşlə" orda 4 yoxlama görüşü keçirəcək. Rəqiblərdən 3-ü - (17 yanvar - “Okjetpes” (Qazaxıstan), 23 yanvar - “Konkordiya” (Rumıniya), 25 yanvar - “Çertanovo” (Rusiya)) bəllidi. Komanda ayın 26-da vətənə dönəcək.
saytlarin hazirlanmasi